7 Belçika tennisçisi pul qoyuluşuna görə cəzalanıb

Xəbərlər
10 Noyabr 2023 20:27
283
7 Belçika tennisçisi pul qoyuluşuna görə cəzalanıb

Belçikalı tennisçilər danışılmış oyunlara görə, diskvalifikasiya olunublar.

İdman.biz xəbər verir ki, tennisdə mənfi hallara qarşı mübarizə aparan təşkilat (İTİA) bu barədə qərar çıxarıb.

Artur de Qrif (dünyanın 113 nömrəli tennisçisi), Romen Barbosa (403), Alik Vitmer (1056), Arno Qress, Jelun Dubel (371), Maksim Otom (143) və Omar Salman (464) cəzaya məruz qalıblar. Bu tennisçilərin yarışlara pul qoyuluşu etdikləri sübuta yetirilib. Onlar 10 aydan 4 ilədək diskvalifikasiya olunublar. Bundan başqa belçikalı tennisçilər 30-45 min dollar cərimə ödəyəcəklər.

İdman.biz