Cokoviç Los-Anceles-2028 Olimpiadasında titulunu qorumaq arzusundadır

Xəbərlər
7 May 2025 19:53
36
Cokoviç Los-Anceles-2028 Olimpiadasında titulunu qorumaq arzusundadır

Serbiyalı tennisçi Novak Cokoviç Los-Anceles-2028 Olimpiadasına kimi karyerasını davam etdirmək niyyətindədir.

İdman.biz xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat yer alıb.

"Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu titulunu qazanıb. 3 il sonra keçiriləcək olimpiadada Cokoviçin 41 yaşı olacaq. O, Los-Ancelesdə titulunu qorumaq arzusundadır.

Qeyd edək ki, Novak daha bir "Böyük Dəbilqə"də qalib gələcəyi təqdirə mütləq rekordçu olacaq.

İdman.biz