Yeddiqat “Böyük Dəbilqə” çempionu və keçmiş dünya birincisi, 45 yaşlı amerikalı tennisçi Venus Uilyams toyu haqqında post paylaşıb.
İdman.Biz-in məlumatına görə, onun əri 37 yaşlı danimarkalı aktyor Andrea Pretidir. Onlar ötən həftə sonu evləniblər.
“Bəli, doğrudur. Biz evləndik. Bu, bir xəyal idi və hələ də belədir”, Venus sosial media səhifəsində yazıb.
Daha əvvəl 45 yaşlı amerikalı tennisçi Venus Uilyams məşhur “Vogue” jurnalı tərəfindən 2025-ci ilin ən yaxşı geyinən insanlarından biri seçilib.
Onun ABŞ Açıq Çempionatında (US Open) geyindiyi geyimlər jurnalın ilin ən yaxşı 55 geyimi siyahısına daxil edilib. Dekabrın əvvəlində idmançı sosial mediada Preti ilə nişanlandığını təsdiqləyib, mərasim bu ilin yanvar ayında baş tutub.
