Azərbaycanın sərbəst güləş üzrə milli komandasının heyəti genişləndiriləcək. Belə ki, İran Güləş Federasiyasından müvafiq icazə sənədi alındıqdan sonra Amir Rza Məsuminin sərbəst güləş üzrə Azərbaycan millisinin heyətində çıxış edəcəyi bildirilir.
İdman.Biz-ə məlumatlı mənbələrdən verilən xəbərə görə, Amir Rza Məsumi atası və şəxsi məşqçisi Fərdin Məsumi ilə birlikdə artıq bir neçə dəfə Azərbaycanda yerli güləşçilərlə birgə təlim-məşq toplanışlarında iştirak edib.
Onun milli komandaya cəlb olunması ilə bağlı danışıqlar yığmamızın məşqçilərindən birinin vasitəçiliyi ilə aparılıb və müsbət nəticə ilə yekunlaşıb.
Qeyd edək ki, 20 yaşlı Məsumı etnik talışdır. O, 2025-ci ildə Asiya çempionu olub, eyni zamanda U17, U20 və U23 yaş qruplarında dəfələrlə dünya çempionu adını qazanıb. Hazırda 125 kq çəki dərəcəsində çıxış edən güləşçinin əsas məqsədi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etməkdir. Bu məqsədini o, dəfələrlə açıq şəkildə bəyan edib.
