Azərbaycanlı güləşçi qardaşını finalda məğlub edərək çempion oldu - FOTO

11 Noyabr 2026 12:37
34
Azərbaycanlı güləşçi qardaşını finalda məğlub edərək çempion oldu - FOTO

Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, ənənəvi yarışda U-20 milli komandanın məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki güləşçimiz fəxri kürsüyə qalxıb.

77 kq-da baş tutan Azərbaycan finalında qardaşı Cavad Məmmədova 3:1 hesabıyla qalib gələn Davud Məmmədov çempion olub. Belədə Cavad gümüş medala sahib çıxıb.

İdman.Biz