Dünyanın 3 nömrəli tennisçisindən Olimpiada imtinası

Xəbərlər
17 İyun 2024 16:03
172
Dünyanın 3 nömrəli tennisçisindən Olimpiada imtinası

Arina Sabalenka Paris-2024 Olimpiadasında iştirak edə bilməyəcək.

İdman.biz xəbər verir ki, bu barədə belaruslu tennisçi özü açıqlama verib.

Dünyanın 3 nömrəli qadın tennisçisi sıx təqvim və kort örtüyünün dəyişikliyi üzündən belə qərar verdiyini açıqlayıb.

Qeyd edək ki, Arina Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edib və 2-ci mərhələdə mübarizəni dayandırıb.

İdman.biz