Alkaras Parisi fəth edib

Xəbərlər
9 İyun 2024 22:19
325
Alkaras Parisi fəth edib

“Rolan Qarros-2024” tennis turnirində kişilərin yarışında da qalib müəyyənləşib.

İdman.biz xəbər verir ki, Karlos Alkaras finalda Aleksandr Zverevə qalib gəlib.

4,5 saat sürən qarşılaşma 3:2 hesabı ilə yekunlaşıb. 6:3, 2:6, 5:7, 6:1, 6:2 hesablı setlərlə başa çatan oyunda Alkaras ilk dəfə Fransa Açıq Turnirində qələbə qazanıb. Bu, ispaniyalı tennisçinin “Böyük Dəbilqə” yarışlarında 3-cü uğuru olub. O, bundan əvvəl US Open-2022 və Uimbildon-2023 baş mükafata sahib olub.

Qeyd edək ki, 21 yaşlı Alkaras 3 fərqli – torpaq, ot və sərt örtüklərdə çempion olan ən gənc tennisçi kimi tarixdə düşüb.

İdman.biz