Rublyovun 1/4 final lənəti

Xəbərlər
24 Yanvar 2024 00:12
187
Rublyovun 1/4 final lənəti

Rusiyalı tennisçi Andrey Rublyov “Australian Open”də, növbəti dəfə 1/4 finalda mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, o, “Böyük Dəbilqə” turnirlərində 10-cu dəfə bu aqibəti yaşayıb.

Rublyov mövsümün əsas turnirlərində heç vaxt yarımfinala vəsiqə qazana bilməyib. Rusiyalı idmançı 3 dəfə “Australian Open”də (2021, 2023, 2024), 2 dəfə “Rollan Qarros”da (2020, 2022), 1 dəfə “Uimbildon Open”də (2023), 4 dəfə isə “US Open”də (2017, 2020, 2022, 2023) mübarizəni məhz 1/4 finalda dayandırıb.

Qeyd edək ki, Rublyov Avstraliyada italiyalı Yannik Sinnerə uduzaraq, yarımfinala çıxa bilməyib.

İdman.biz

Məqalədə: