Kortda “Oskar” nominasiyalıq görüntü - VİDEO

25 Mart 2026 15:32
78
Kortda “Oskar” nominasiyalıq görüntü - VİDEO

Meksikanın Moreliya şəhərində keçirilən “Çelencer” tennis turnirində qeyri-adi hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, matç zamanı kortda çalışan topdaşıyan uşağın atdığı top yüngül şəkildə amerikalı tennisçi Stefan Kozlova dəyib. Tennisçi bu toxunuşdan üzünü tutaraq özünü yerə atıb.

Gözlənilmədən baş verən bu hadisə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. İdmançının reaksiyası və kortdakı ümumi mənzərə bəzi azarkeşlər tərəfindən ironiya ilə qarşılanıb və bu epizodun “Oskar” mükafatına layiq olduğu bildirilib.

İdman.Biz