Rusiyalı tennisçi danışılmış oyunlara görə dörd il müddətinə diskvalifikasiya edilib

10 Mart 2026 20:42
77
Rusiyalı tennisçi danışılmış oyunlara görə dörd il müddətinə diskvalifikasiya edilib

Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) rusiyalı tennisçi Alana Tuayevanı Tennisdə Korrupsiyaya Qarşı Mübarizə Proqramını (TACP) pozduğuna görə diskvalifikasiya edib və cərimələyib.

İdman.Biz bildirir ki, bu barədə təşkilatın saytında məlumat verilib.

Rusiyalı idmançı üç il doqquz aylıq diskvalifikasiya alıb və həmçinin 30 min dollar (bunun 21.000 dolları şərtidir) cərimə ödəməlidir. Tuayeva ITIA-nın qaydalarını pozduğunu etiraf edib. O, 2023 və 2024-cü illərdə iki danışılmış oyun işində iştirak edib. O, müstəqil ekspertlə əlavə dinləmə hüququndan imtina edib.

Tuayevanın diskvalifikasiyası 19 dekabr 2025-ci ildə başlayıb və 18 sentyabr 2029-cu ilə qədər davam edəcək.

İdman.Biz