Novak Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edəcək

Xəbərlər
27 Dekabr 2023 23:24
130
Novak Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edəcək

Dünyanın bir nömrəli raketkası, 98 ATP titullu Novak Cokoviç Paris-2024 Yay Olimpiya Oyunlarına qatılacaq.

İdman.biz xəbər verir ki, bu barədə 36 yaşlı norveçli tennisçi Hindistanın yerli nəşrinə verdiyi açıqlamasında bildirib.

Pekin-2008 Olimpiya Oyunlarının bürünc mükafatçısı növbəti Olimpiadada qızıl medala iddialı olduğunu deyib: “Ölkəm üçün Olimpiya qızıl medalını qazanmaq həqiqətən də unikal və fövqəladə olar”.

Qeyd edək ki, “Böyük dəbilqə”də 24 qələbə qazanan Novak Devis Kubokunun (2010) qalibidir. O, mükafatların sayına görə amerikalı Cimmi Konnorsdan (109 titul) və isveçrəli Rocer Federerdən (103 titul) sonra üçüncüdür.

İdman.biz