Novak Cokoviç Yannik Sinneri məğlub edərək “Australian Open”in finalına çıxıb

30 Yanvar 2026 19:23
101
Novak Cokoviç Yannik Sinneri məğlub edərək “Australian Open”in finalına çıxıb

24-qat Böyük Dəbilqə çempionu, serbiyalı Novak Cokoviç 2026-cı il Avstraliya Açıq çempionatının finalına yüksəlib.

İdman.Biz bildirir ki, o, yarımfinalda dünya ikincisi, italiyalı Yannik Sinneri məğlub edib.

Qarşılaşma 4 saat 9 dəqiqə davam edib.

Avstraliya Açıq Çempionatının finalında Cokoviç dünya birincisi, daha əvvəl almaniyalı Aleksandr Zverevi beş setdə məğlub etmiş ispaniyalı Karlos Alkarasla qarşılaşacaq.

İdman.Biz