Azərbaycanəsilli rusiyalı tennisçi “Australian Open”lə vidalaşdı

Xəbərlər
15 Yanvar 2026 10:12
68
Azərbaycanəsilli rusiyalı tennisçi “Australian Open”lə vidalaşdı

Yanvarın 15-də Melburnda (Avstraliya) “Australian Open” turnirinin seçmə mərhələsinin üçüncü turu çərçivəsində azərbaycanəsilli rusiyalı Anastasiya Həsənova (dünya reytinqində 212-ci) ilə Türkiyə təmsilçisi Zeynep Sönmez (112-ci pillə) arasında qarşılaşma keçirilib. Görüş rusiyalı tennisçinin 2:6, 3:6 hesablı məğlubiyyəti ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matç 1 saat 25 dəqiqə davam edib. Həsənova oyun ərzində heç bir eys(servisin birbaşa xal gətirməsi_ etməyib, dörd dəfə ikili səhvə yol verib və yeddi breyk-pointdən ikisini reallaşdırıb. Sönmez isə dörd eyslə yadda qalıb, iki ikili səhv edib və yeddi breyk-pointdən beşini qazanıb.

Qeyd edək ki, Avstraliya Açıq çempionatının 2026-cı il buraxılışında qadınların seçmə mərhələsinə start verən beş rusiyalı tennisçidən heç biri əsas mərhələyə vəsiqə qazana bilməyib.

İdman.Biz