Dördqat “Böyük Dəbilqə” çempionu və dünya birincisi, belaruslu tennisçi Arina Sabalenka WTA-nın iyun oyunçusu seçilib.
İdman.Biz bildirir ki, bu, Sabalenkanın bu kateqoriyada ardıcıl ikinci qələbəsidir.
Sabalenkanın titul uğrunda rəqibləri aşağıdakılar olub:
İqa Şventek (Polşa);
Amanda Anisimova (ABŞ);
Yelena Rıbakina (Qazaxıstan);
Kori Qauff (ABŞ);
Madison Kiz (ABŞ).
Xatırladaq ki, bu kateqoriyalardakı qaliblər ənənəvi olaraq beynəlxalq tennis mediasının nümayəndələri tərəfindən seçilir.
2025-ci ildə Sabalenka US Open-də, Mayami (ABŞ) və Madriddə (İspaniya) keçirilən “WTA 1000” və Brisbendə (Avstraliya) keçirilən “WTA 500” turnirində qalib gəlib. Arina Australian Open-in, “Rolan Qarros”un və WTA yekun çempionatının finallarında məğlub olub.
