Dünyanın səkkizinci raketkası, italiyalı tennisçi Lorenzo Muzetti “La Gazzetta dello Sport” qəzeti tərəfindən İtaliyanın “İlin idmançısı” seçilib.
İdman.Biz bildirir ki, 2024-cü ildə mükafatı dünyanın ikinci nömrəli tennisçisi Yannik Sinner qazanıb.
Bu mövsüm Sinner Devis Kubokunda yarışmaqdan imtina etdiyinə görə mətbuat tərəfindən tənqid olunub. Muzetti də Devis Kubokunu buraxıb.
23 yaşlı Muzetti 2025-ci ildə Turində keçirilən ATP Finalında iştirak edib və serbiyalı Novak Cokoviçin yarışdan çıxmasından sonra turnirə vəsiqə qazanıb. Mövsüm ərzində Muzetti həmçinin Madrid və Romada keçirilən “Masters” turnirlərinin yarımfinalına, eləcə də Afinada keçirilən ATP-250 turnirinin finalına yüksəlib və orada Novak Cokoviçə uduzub. 2025-ci ilin sentyabrında Çenduda keçirilən turnirin finalına yüksəlib, lakin Alehandro Tabiloya uduzub.
