Rafael Nadal korta qayıtdı - VİDEO

Xəbərlər
20 Noyabr 2025 13:04
50
Rafael Nadal korta qayıtdı - VİDEO

İspaniyanın tennis əfsanəsi Rafael Nadal bir il əvvəl karyerasına son qoyduğunu açıqlasa da, bu günlərdə korta qayıdaraq hamını təəccübləndirib.

İdman.Biz xəbər verir ki, 22 qat “Böyük dəbilqə” çempionu Filippin tennisçisi Aleksandra Eala ilə birgə məşq edib. Bu, veteran idmançının uzun fasilədən sonra ilk ciddi hazırlığı kimi dəyərləndirilir.

Nadalın məşq görüntüləri tennis ictimaiyyətində böyük maraq yaradıb. Bir çox ekspertlər onun fiziki durumunun yaxşı göründüyünü və məşqlərdə yüksək motivasiya sərgilədiyini bildiriblər.

Tərəfdarların ən çox verdiyi sual isə budur: Nadal 2026-cı ildə “Rolan Qarros”a qayıda bilərmi? İspan ulduz indiyədək Parisdə 14 dəfə çempion olub və bu turnir onun karyerasının simvoluna çevrilib. Əgər vəziyyəti imkan versə, əfsanənin daha bir tarixi cəhd etməsi istisna edilmir.

Nadal hazırda rəsmi dönüş barədə açıqlama verməsə də, karyerasını bitirməsinə baxmayaraq bu məşq sessiyası onun tam olaraq idmandan ayrılmadığının göstəricisi kimi qiymətləndirilir.

İdman.Biz

Məqalədə: