Altıqat “Böyük Dəbilqə” çempionu ispaniyalı Karlos Alkaras karyerasında ilk dəfə ATP Yekun çempionatının finalına yüksəlib.
İdman.Biz bildirir ki, İtaliyanın Turin şəhərində keçirilən turnirin yarımfinalında Alkaras kanadalı Feliks Oje-Aliassimi 6:2, 6:4 hesabları ilə məğlub edib.
Alkaras 2023-cü ildə ATP Yekun çempionatının yarımfinalına yüksəlmişdi və burada serbiyalı Novak Cokoviçə (3:6, 2:6) məğlub olmuşdu.
Karlos Alkaras turnirin finalında hazırkı çempion italiyalı Yannik Sinnerlə mübarizə aparacaq.
