Yannik Sinner Vyana turnirinin çempionu olub

Xəbərlər
27 Oktyabr 2025 00:16
29
Yannik Sinner Vyana turnirinin çempionu olub

Dünyanın ikinci raketkası italiyalı tennisçi Yannik Sinner Avstriyanın paytaxtı Vyanada keçirilən ATP-500 kateqoriyalı turnirin qalibi olub.

İdman.Biz xəbər verir ki, final matçında Sinner alman tennisçi Aleksandr Zverevə (ATP reytinqində 3-cü yer) qarşı 3:6, 6:3, 7:5 hesabı ilə qalib gəlib.

Görüş 2 saat 30 dəqiqə davam edib.

Bu qələbə Sinnerin ATP turnirlərində 22-ci karyera titulu, həmçinin 2025-ci ildəki 4-cü turnir qələbəsidir. Həmçinin o, bu uğurla 500 reytinq xalını qazanaraq dünya reytinqində ikinci pillədəki mövqeyini möhkəmlədib.

İdman.Biz