Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın ikinci raketkası Yannik Sinner Avstriyanın paytaxtı Vyanada keçirilən ATP-500 turnirinin ikinci mərhələsinə yüksəlib.
İdman.Biz bildirir ki, o, yarışın startında Daniel Altmayer (dünya reytinqində 51-ci) üzərində 6:0, 6:2 hesablı qələbə qazanıb.
Qarşılaşma 59 dəqiqə davam edib.
Vyanada keçirilən ATP-500 turnirinin ikinci turunda Yannik Sinner həmyerlisi Flavio Kobolli ilə qarşılaşacaq.