Üçqat “Böyük Dəbilqə” finalçısı və dünyanın üçüncü raketkası, almaniyalı tennisçi Aleksandr Zverev Avstriyanın Vyana şəhərində keçirilən ATP-500 turnirinin finalına yüksəlib.
İdman.Biz bildirir ki, yarımfinalda o, italiyalı dünyanın səkkizinci raketkası Lorenzo Musettini iki setdə (6-4, 7-5) məğlub edib.
Qarşılaşma 1 saat 33 dəqiqə davam edib.
Turnirin finalında Zverev italiyalı dünyanın ikinci raketkası Yannik Sinner ilə qarşılaşacaq.
