Yannik Sinner Devis Kubokunun finalından çəkilmə səbəbini açıqlayıb

Xəbərlər
21 Oktyabr 2025 08:16
31
Yannik Sinner Devis Kubokunun finalından çəkilmə səbəbini açıqlayıb

Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın ikinci raketkası, italyan tennisçi Yannik Sinner İtaliya komandasının heyətində Devis Kubokunun finalında nə üçün oynamayacağının səbəbini açıqlayıb.

İdman.Biz-in məlumatına görə, Sinner bunu istirahətə ehtiyacının olması ilə izah edib.

“Mən iki dəfə Devis Kubokunu qazanmışam. Komandamla bu qərarı verdik, çünki mövsüm çox uzundur və daha tez məşqlərə başlamaq üçün əlavə bir həftə istirahətə ehtiyacım var. Məqsəd Avstraliyaya formada qayıtmaqdır. Vaxt məhdudiyyəti səbəbindən son iki ildə maksimum hədəfə çatmamışam, ona görə də bu qərarı verdik” - Sinner deyib.

İtaliya yığma komandası hazırkı Devis Kubokunun çempionudur və Sinner bu nailiyyətə mühüm töhfə verib.

İdman.Biz