ASTF rəsmiləri Avropa Stolüstü Tennis Birliyinin konqresində iştirak ediblər

Xəbərlər
16 Oktyabr 2025 12:16
35
ASTF rəsmiləri Avropa Stolüstü Tennis Birliyinin konqresində iştirak ediblər

Xorvatiyanın Zadar şəhərində Avropa Stolüstü Tennis Birliyinin (ASTB) növbəti konqresi baş tutub.

İdman.Biz xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova tədbirdə iştirak ediblər.

Konqresdə ASTB-yə üzv ölkələrin nümayəndələri ali idman qurumunun son bir ildə gördüyü işlər barədə hesabatı dinləyib, mövcud vəziyyət və gələcək fəaliyyət planları müzakirə olunub. Eyni zamanda, müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.

ASTB rəhbərliyi məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkürünü bildirib və stolüstü tennis idman növünün inkişafı istiqamətində uğurlar arzulayıb.

İdman.Biz