Serbiyalı tennisçi, dünyanın beşinci raketkası Novak Cokoviç belçikalı Ziza Berqsi (dünya reytinqində 44-cü) məğlub edərək “Şanxay Masters” turnirinin yarımfinalına yüksəlib.
İdman.Biz-in məlumatına görə, qarşılaşma 6-3, 7-5 hesabı ilə Cokoviçin xeyrinə başa çatıb. Rəqiblər meydançada 1 saat 50 dəqiqə vaxt keçiriblər.
Şanxay turnirinin yarımfinalında Cokoviç 1/4 finalda danimarkalı Holger Runeni məğlub edən monakolu Valentin Vaşeroyla qarşılaşacaq.
Cokoviçin hazırda 38 yaşı var və bu o, ən yaşlı “Masters” yarımfinalçısıdır.