Taekvondo federasiyası dan imtahanı təşkil edib - FOTO

Xəbərlər
15 İyun 2025 20:36
34
Taekvondo federasiyası dan imtahanı təşkil edib - FOTO

Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı təşkil edilib.

İdman.biz xəbər verir ki, ATF-in məşq zalında keçirilən imtahana 72 nəfər (47-si I dan, 18-i II dan, 6-sı III dan, 1-i V dan) qatılıb.

İmtahan ATF-in texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol tərəfindən keçirilib.

İdman.biz