Azərbaycan taekvondo üzrə yeniyetmələr arasında Avropa birinciliyində növbəti medalını qazanıb.
İdman.biz xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən yarışda Gülay Əliyeva fəxri kürsüdə yer alıb.
44 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz Türkiyə, Monteneqro və Yunanıstandan olan rəqiblərini məğlub edib. Gülay yarımfinalda polşalı Qabriela Vrzeşə uduzaraq, bürünc medala sahib çıxıb.
Qeyd edək ki, birinciliyin ilk günündə taekvondoçumuz Fərid Əlizadə (61 kq ) bürünc medal əldə edib.
İdman.biz