Yığmamız Avropa çempionatında 3 idmançı ilə yarışacaq

Xəbərlər
7 May 2024 20:38
Yığmamız Avropa çempionatında 3 idmançı ilə yarışacaq

Azərbaycan parataekvondo yığması Avropa çempionatında mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, turnir mayın 9-12-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Çempionatda millimizin baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, parataekvondoçularımız K-44 kateqoriyasında mübarizə aparacaqlar.

İdman.biz