Olimpiya mükafatçımız Qaşim Maqomedov Pakistandakı turnirdə bürünc medal qazanıb - YENİLƏNİB + FOTO

19 Avqust 2026 17:53
808
Olimpiya mükafatçımız Qaşim Maqomedov Pakistandakı turnirdə bürünc medal qazanıb - YENİLƏNİB + FOTO

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Pakistanın Lahor şəhərində keçirilən Asiya Regionu üzrə səkkizinci Prezident Kubokunda mükafatçılar sırasına düşüb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

İdmançı 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Xatırladaq ki, Qaşim Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

12:06

Pakistanın paytaxtı İslamabad şəhərində taekvondo üzrə səkkizinci Prezident Kuboku yarışı keçirilir.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Bildirilib ki, turnirdə Azərbaycanı iki idmançı təmsil edir.

Milli komandanın üzvləri Qaşim Maqomedov və Fuad Məhərləmli (hər ikisi 63 kq) bu gün turnirdə mübarizəya başlayacaqlar.

İdman.Biz