Stolüstü tennisçilərimiz Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər

Xəbərlər
2 Sentyabr 2025 22:35
46
Stolüstü tennisçilərimiz Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər

Azərbaycanı təmsil edən stolüstü tennisçilər bu gün Qırğızıstana yollanıblar.

İdman.biz bildirir ki, seçmə komandanın üzvləri Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Amin Oruczadə və Tural Mirzəyev baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə sözügedən yarışda qələbə uğrunda mübarizə aparacaq.

Çolpan-Ata şəhərində təşkil olunacaq Universiadaya sabah start veriləcək. Yarışa sentyabrın 9-da yekun vurulacaq.

İdman.biz