Azərbaycan Üzgüçülük Federasiyası Azərbaycan Deflimpiya Komitəsi ilə əməkdaşlıq edəcək

Xəbərlər
17 İyul 2025 18:21
41
Azərbaycan Üzgüçülük Federasiyası Azərbaycan Deflimpiya Komitəsi ilə əməkdaşlıq edəcək

Azərbaycan Üzgüçülük Federasiyası və Azərbaycan Deflimpiya Komitəsi arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə İdman.biz-ə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən mılumat verilib.

Görüşdə Federasiyanın baş katibi Oqtay Atayev, kommunikasiya və beynəlxalq əlaqələr üzrə menecer Tamerlan Hüseynov, Komitənin baş katibi Namiq Novruzov, İdman şöbəsinin müdiri Həsənağa Rzayev iştirak ediblər.

Tərəflər arasında mövcud reallıqlar və gələcək üçün birgə planlar müzakirə olunub.

İdman.biz