Azərbaycanın Baş naziri Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

1 Oktyabr 2026 01:31
91
Azərbaycanın Baş naziri Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 30-da Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləmlə görüşüb.

İdman.Biz xəbər verir ki, görüşdə Bakıda üzgüçülük üzrə ilk dəfə Dünya Kubokunun keçirilməsinin əhəmiyyəti vurğulanıb. Yarışın Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə və ölkədə üzgüçülüyün təşviqinə töhfə verəcəyi qeyd olunub.

Görüşdə Azərbaycanda üzgüçülüyün inkişafına göstərilən diqqət, yaradılmış müasir idman infrastrukturu və ölkənin beynəlxalq yarışların təşkilində qazandığı təcrübə barədə fikir mübadiləsi aparılıb.

Beynəlxalq Üzgüçülük Federasiyası ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

İdman.Biz