“Artıq beşinci ildir ardıcıl olaraq “Kürü keçək?! 5” açıq suda üzmə yarışı təşkil edilir. İştirakçıların sayı ildən ilə artır və bu çox yaxşı haldır”.
İdman.Biz xəbər verir ki, bu sözləri jurnailistlərə açıqlamasında Mingəçevirdə Kür çayında “Kürü keçək?! 5” açıq suda üzmə yarışına qatılan gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir vurğulayıb ki, bu il iştirakçıların sayında 30 faizə qədər artım var və bu hal sevindiricidir.
“Təbii ki, bütün bunlar Azərbaycan Üzgüçülük Federasiyası və bizim federasiyasının həyata keçirdiyi işlərin nəticəsidir. Həmçinin, qeyd etmək istəyirəm ki, müxtəlif yaş qruplarından olan vətəndaşlarımız, uşaqlar, xanımlar “Kürü keçək?! 5” yarışına qatılıblar.
Bu gün Mingəçevirdə əsl idman bayramı yaşanır. Biz oxşar yarışları regionlarda keçirmək niyyətindəyik. Bir daha bütün yarış iştirakçılarını təbrik edirəm” – deyə Fərid Qayıbov bildirib.
Qeyd edək ki, bu gün Mingəçevirdə, Kür çayında, “Kürü keçək?! 5” açıq suda üzmə yarışına start verilib. Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.
Cavid Şəmiyev
