ASAPES-in yeni üzgüçülük hovuzunun açılış mərasimi olub - FOTO

Xəbərlər
9 Yanvar 2024 12:49
ASAPES-in yeni üzgüçülük hovuzunun açılış mərasimi olub - FOTO

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) yeni üzgüçülük hovuzunun açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, ASAPES-in rektoru Fuad Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Onlara buradakı şəraitlə bağlı məlumat verilib.

Yeni istifadəyə verilən hovuz Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar onun əziz xatirəsinə ithaf olunub.

Banuçiçək Hüseynli

İdman.biz