III MDB Oyunları: Azərbaycan daha bir medal qazandı - FOTO

Xəbərlər
28 Sentyabr 2025 11:12
50
III  MDB Oyunları: Azərbaycan daha bir medal qazandı - FOTO

III MDB Oyunlarında Azərbaycan növbəti medalını qazanıb.

İdman.biz xəbər verir ki, üzgüçülük üzrə qadınların yarışında 100 metr məsafəyə "butterfly" üsulla üzmədə Mehri Əbdülrəhmanlı 3-cü yeri tutub.

Rusiyalı Yevgenia Sadovnikova qızıl, qazaxıstanlı Taissiya Korotkova gümüş müdal əldə edib.

Qeyd edək ki, III MDB Oyunlarında bu, üzgüçülükdə ilk, ümumilikdə 4-cü medaldır. Hazırda Azərbaycanın 2 gümüş, 2 bürünc medalı var.

İdman.biz