Bu gün paytaxtımız möhtəşəm turnirə şahidlik edir.
İdman.biz xəbər verir ki, Asad Fight Club-un təşkilatçılığı və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı İdman Sarayında Octagon Fight Leage 48 Baku yarışı keçirilir.
6 ölkədən 30 idmançı döyüş meydanında öz qüvvələrini sınayacaq.
Dünya MMA reytinqində TOP-20 liqalardan biri olan Qazaxıstanın 1 nömrəli liqasi Octagon Bakıda ASED FC ilə birlikdə turnir keçirəcək. Turnir 18 avqust Baki Idman Sarayında baş tutacaq. Turnirin əsas döyüşü Gündüz Nəbiyev ilə Özbəkistan idmançısı Islom Boltaev arasında orta çəki dərəcəsində kəmər uğrunda baş tutacaq. Əlavə olaraq Aqşin Babayev, Elnar Ibragimov, Röyal Leylizade , Qadir Muslunzade, Zəfər Abdurrahmanov, Cavid Rzayev, Mehdi Hesenov, Həsən Həsənov, Turac Əliyev, Cavad Məhəmmədhəsənov, İsmayıl Ismayilzadə, Sahil Mirzəyev ile beraber Özbəkistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Türkiyə idmançıları mübarizə apracaq.
İdmançılarımıza uğurlar arzulayırıq.
Rüfət Abdullayev
İdman.biz