Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
11 Sentyabr 2023 17:58
176
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI: 11–17 sentyabr

- Abşeron – Xızı Regional Gənclər və İdman İdarəsi

- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 13 sentyabr, saat 10:00 (Sumqayıt şəhəri. Corat qəsəbəsi, Corat İdman Klubu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 14 sentyabr, saat 10:00 (Xırdalan şəhəri, “Çempion” idman klubu).

- Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində ağır atletika üzrə ustad dərsi - 12 sentyabr, saat 15:00 (Qobustan rayonu, şəhid F.Nadirov adına istirahət parkı).
- Qobustan şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında rayon turniri - 13 sentyabr, saat 14:30 (Qobustan Olimpiya İdman Kompleksi);
- "Kikboksinq hamı üçün" devizi altında idman tədbiri - 13 sentyabr, saat 18:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- "Gimnastika hamı üçün" devizi altında idman tədbiri - 17 sentyabr, saat 11:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);

- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi

- Cüdo üzrə Naftalan şəhəri, Goranboy və Tovuz rayonlarının qız cüdoçuları arasında yoldaşlıq görüşü - 11 sentyabr, saat 10:00 (Naftalan şəhər stadionu);
- Cüdo üzrə region idmançılarının iştirakı ilə ustad dərsləri - 11 sentyabr, saat 11:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 13 sentyabr, saat 16:00 (Gəncə İdman Liseyi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində MMA üzrə nümunəvi çıxışlar - 15 sentyabr, saat 16:00 (Göygöl Olimpiya İdman Kompleksi).

- Qarabağ Regional Gənclər və İdman İdarəsi

- Minifutbol üzrə kiçik yaşlı idmançılar arasında yoldaşlıq görüşü - 15 sentyabr, saat 15:00 (Ağdam rayonu, Quzanlı qəsəbəsi, minifutbol meydançası).

- Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi

"İdman hamı üçün" devizi altında "Cüdo hamı üçün" idman tədbiri - 15 sentyabr, saat 11:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" devizi altında "Şahmat hamı üçün" idman tədbiri - 15 sentyabr, saat 11:00 (Gədəbəy rayonu, Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- 2008-2010-cu il təvəllüdlü yeniyetmələr arasında kross qaçışı üzrə turnir - 15 sentyabr, saat 15:00 (Qazax Olimpiya İdman Kompleksi).

- Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

- Vətən Müharibəsi Şəhidi Eynulla Lətifovun xatirəsinə həsr olunmuş cüdo üzrə Quba rayon turniri - 11 sentyabr, saat 11:00 (Quba rayonu, I Nügədi kəndi, cüdo zalı);
- “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Açıq əyləncəli məhəllə futbol liqası”nın B seriyası üzrə final oyunu - 11 sentyabr, saat 16:00 (Quba rayonu, 28 May parkı);
- Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş boks üzrə yoldaşlıq görüşləri - 12 sentyabr, saat 10:00 (Xaçmaz rayonu, boks zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kross qaçışı üzrə kütləvi idman tədbiri - 12 sentyabr, saat 10:00 (Şabran rayonu, Z.Əliyeva küçəsi);
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi - 12 sentyabr, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);
- Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmə oğlanlar və qızlar arasında dama üzrə Şabran rayon birinciliyi - 12-13 sentyabr, saat 10:00 (Şabran Rayon Ağsaqqallar Evi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş üzrə qadınlar arasında dünya və Avropa çempionu, yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürünc, I MDB Oyunlarının gümüş mükafatçısı, ölkəmizin qadınlardan ibarət sərbəst güləş üzrə milli yığmasının üzvü Şahanə Nəzərovanın rəhbərliyi ilə sərbəst güləş üzrə ustad dərsləri - 13 sentyabr, saat 15:00 (Siyəzən rayonu, Şəhər stadionu);
- Sambo üzrə nümunəvi çıxışlar - 14 sentyabr, saat 10:00 (Quba rayonu, Şahdağ Quba İdman Klubu);
- Cüdo üzrə ustad dərsi - 15 sentyabr, saat 17:00 (Xaçmaz rayonu, UGŞİM);
- “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Açıq əyləncəli məhəllə futbol liqası”nın A seriyası üzrə final oyunu - 16 sentyabr, saat 16:00 (Quba rayonu, 28 May parkı)
- Taekvondo üzrə nümunəvi çıxışlar - 16 sentyabr, saat 17:00 (Quba Olimpiya İdman Kompleksi).

- Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi

- Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş minifutbol turniri - 11-17 sentyabr, saat 17:00 (Lənkəran rayonu, Cil kənd tam orta məktəbinin stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 12 sentyabr, saat 17:00 (Lənkəran rayonu, Heydər Əliyev adına xatirə parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə nümünəvi çıxışlar -14 sentyabr, saat 17:00 (Lənkəran rayonu, Həzi Aslanov adına xatirə parkı);
- “Bilik Günü”nə həsr olunmuş gənclər və müəllimlər arasında üzgüçülük turniri - 16 sentyabr, saat 12:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- İdman mütəxəssisləri ilə psixoloji maarifləndirmə mövzusunda görüş - 16 sentyabr, saat
10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sağlam həyat tərzinin və idmana marağın artırılması məqsədilə pəhləvanlıq üzrə nümunəvi çıxışlar - 11 sentyabr, saat 18:00 (Astara rayonu, Artupa kəndinə gedən yolun üstü);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sağlam həyat tərzinin və idmana marağın artırılması məqsədilə "Armsterlinq hamı üçün" idman tədbiri - 15 sentyabr, saat 18:00 (Astara rayonu, dənizkənarı park-bulvar kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sağlam həyat tərzinin və idmana marağın artırılması məqsədilə kontakt karate üzrə nümunəvi çıxışlar - 12 sentyabr, saat 18:00 (Yardımlı rayonu, Köryədi kənd tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sağlam həyat tərzinin və idmana marağın artırılması məqsədilə "Həndbol hamı üçün" idman tədbiri - 15 sentyabr, saat 18:00 (Yardımlı Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Taekvondo hamı üçün” nümunəvi idman çıxışları - 11 sentyabr, saat 15:00 (Masallı rayonu, Masallı Regional Taekvondo Mərkəzi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Güləş hamı üçün” açıq idman tədbiri - 12 sentyabr, saat 10:00 (Masallı rayonu, “Cəngəvər" idman klubu);
- "İdman hamı üçün"layihəsi çərçivəsində “Futbol hamı üçün” açıq idman tədbiri - 14 sentyabr, saat 10:00 (Masallı rayon, “Viləş” minifutbol meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi idman tədbiri - 16 sentyabr, saat 10:00 (Masallı rayonu, Nizami Gəncəvi adına Xatirə parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sağlam həyat tərzinin və idmana marağın artırılması məqsədilə turnikdə dartınma üzrə açıq idman tədbiri - 16 sentyabr, saat 18:00 (Lerik rayonu, Heydər Əliyev Meydanı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sağlam həyat tərzinin və idmana marağın artırılması məqsədilə qol güləşi üzrə açıq idman tədbiri - 17 sentyabr, saat 18:00 (Lerik rayonu, Bayraq Meydanı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş üzrə nümunəvi çıxışları - 14 sentyabr, saat 10:00 (Cəlilabad rayonu, Mərkəzi park);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kontakt karate üzrə nümunəvi çıxışlar - 15 sentyabr, saat 17:30 (Cəlilabad Olimpiya İdman Kompleksi).

- Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə şəhər birinciliyi - 11 sentyabr, saat 9:30 (Mingəçevir şəhəri, AZİES qəsəbəsi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə nümunəvi çıxışlar - 12 sentyabr, saat 9:00 (Göyçay Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində minifutbol üzrə Ucar, Yevlax yoldaşlıq oyunu - 12 sentyabr, saat 20:30 (Ucar rayonu, minifutbol meydançası);
- "Bilik Günü" münasibətilə uşaq, yeniyetmə və gənc idmançılar arasında sərbəst güləş üzrə rayon birinciliyi - 13 sentyabr, saat 15:00 (Zərdab rayonu, bölmənin idman zalı);
- "İdman hamı" üçün layihəsi çərçivəsində kikboksinq üzrə nümunəvi çıxışlar - 14 sentyabr, saat 10:00 (Ağdaş rayonu, Heydər Əliyev adına istirahət parkı);
- "İdman hamı üçün" devizi altında yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 16 sentyabr, saat 9:00 (Kürdəmir Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo bölmələrinin açıq havada master-klas məşqləri - 16 sentyabr, saat 17:00 (Yevlax rayonu, Dədə Qorqud parkı).

- Mil-Muğan Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar - 11 sentyabr, saat 10:00 (Sabirabad rayonu, açıq hava, park);
- "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük üzrə nümunəvi çıxışlar - 13 sentyabr, saat 10:00 (Beyləqan Olimpiya İdman Kompleksi).

- Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə təlim - 13 sentyabr, saat 10:30 (Qəbələ İdman Klubu);
- Karate üzrə nümunəvi çıxışlar - 13 sentyabr, saat 15:00 (Şəki Olimpiya İdman Kompleksi);
- "Bayrağımızı hər yerdə ucaldaq" şüarı altında dağçılıq idman növü üzrə rayon idmançıları ilə şəhər ətrafı dağ yüksəkliyində dövlət bayrağının ucaldılması - 12 sentyabr, saat 10:00 (Qax rayonu)
- Cüdo üzrə açıq havada nümunəvi çıxışlar - 12 sentyabr, saat 10:00 (Balakən Olimpiya İdman kompleksi).

- Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində "Cüdo hamı üçün" tədbiri - 11 sentyabr, saat 10:00 (Cəbrayıl rayonu. Biləsuvar rayonu, 4 saylı Cəbrayıl qəsəbəsi);
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol üzrə Qubadlı rayon birinciliyi - 12-15 sentyabr, saat 10:00 (Qubadlı rayonu. Sumqayıt şəhəri, Sumqayıt Paralimpiya İdman Kompleksi).

- Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi

- “İdman hamı üçün” layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar - 12 sentyabr, saat 10:00 (Neftçala rayonu, Mirqurbanlı kəndi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş üzrə nümunəvi çıxışlar - 12 sentyabr, saat 17:00 (Salyan rayonu, Şorsulu kəndi, güləş idman zalı);
- Taekvondo üzrə rayon birinciliyi - 13 sentyabr, saat 10:00 (Biləsuvar rayonu, Xırmandalı kəndi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində qocyu-ryu, okinava, karate idman növləri üzrə nümunəvi çıxışlar - 16 sentyabr (Hacıqabul rayonu, Mədəniyyət Evinin qarşısı).

İdman.biz