Nigar Süleymanova Qratsda fəxri kürsüdə

Xəbərlər
31 May 2025 20:34
66
Nigar Süleymanova Qratsda fəxri kürsüdə

Bu gün Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku başlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması ilk gündə bir medal qazanıb.

Komandamızın heyətində Nilgün Rzayeva, Fidan Əlizadə (hər ikisi 63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (78 kq) qüvvəsini sınayıb. Onlarda yalnız Nigar medalçılar arasında yer ala bilib. Cüdoçumuz finalda fransalı Leonie Minkadaya uduzaraq, gümüşlə kkifayətlənib.

Qeyd edək ki, turnirdə 25 ölkədən 485 idmançı (301 oğlan, 184 qız) mübarizə aparır.

İdman.biz