"Məqsədimiz ilk olaraq qrupdan çıxmaqdır"

Xəbərlər
2 Sentyabr 2023 13:07
103
"Məqsədimiz ilk olaraq qrupdan çıxmaqdır"

"Məqsədimiz ilk olaraq qrupdan çıxmaqdır".

İdman.biz xəbər verir ki, bunu Azərbaycanı minifutbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək "Zirə"nin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında deyib.

Mütəxəssis yarışda debüt etmələrinə baxmayaraq, yaxşı hazırlaşdıqlarını bildirib: "Nəticə qazanmaq şansımız da yüksəkdir. Amma komandalar haqqında çox məlumatımız yoxdur. Nəzərə almalıyıq ki, Ukrayna və Bolqarıstan milləri güclü kollektivdirlər. Həmin heyətlərdən klublara oyunçular cəlb oluna bilər.

Komandanın oyunçusu Bəxtiyar Soltanov isə bu gün axırıncı məşqə çıxacaqlarını xatırladıb: "Sabah yola çıxacağıq. Qrupdan çıxmağa və daha sonra növbəti raundları düşünmək istəyirik".

Qeyd edək ki, "Zirə" F qrupunda "Terra Trak" (Bolqarıstan) və "Andezit" ilə görüşəcək.

İdman.biz