Natalia Silva UFC 332-də çempion oldu, tarixi nokaut rekordu qeydə alındı - VİDEO

4 Oktyabr 2026 09:10
86
Natalia Silva UFC 332-də çempion oldu, tarixi nokaut rekordu qeydə alındı - VİDEO

Qarışıq döyüş növləri üzrə UFC 332 turnirinin əsas qarşılaşmasında braziliyalı Natalia Silva çinli Vanq Konq üzərində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Solt-Leyk-Sitidə keçirilən titul döyüşü beş raund davam edib.

Hakimlər yekunda 48:47, 48:47 və 49:46 hesabı ilə Natalia Silvanın qələbəsini qeydə alıblar. Bununla braziliyalı döyüşçü qadınlar arasında boş qalan yüngül çəki üzrə UFC çempionluq kəmərinin sahibi olub. Silva UFC-də məğlubiyyətsiz seriyasını da davam etdirib.

UFC 332 tarixi göstərici ilə də yadda qalıb. Turnirdə 14 döyüşdən 11 qarşılaşma nokaut və ya texniki nokautla başa çatıb. Bu, UFC tarixində bir turnirdə qeydə alınan ən yüksək göstəricidir.

Nokautların doqquzu birinci raundda baş verib və bu göstərici də UFC üçün yeni rekord olub.

İdman.Biz