Bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Şahmat üzrə Dünya Kubokunda ikinci raundun tay-breyk matçları keçiriləcək.
İdman.biz xəbər verir ki, tay-breyklərdə ikinci raundda rəqibləri ilə iki klassik partiyanı heç-heçə ilə başa vurmuş beş azərbaycanlı şahmatçı - Eltac Səfərli, Nicat Abbasov, Rauf Məmmədov, Abdulla Qədimbəyli və Qədir Hüseynov iştirak edəcək.
Qeyd edək ki, ikinci raundun iki partiyasının nəticələrinə görə, üçüncü raunda iki azərbaycanlı qrossmeyster - Teymur Rəcəbov və Ülviyyə Fətəliyeva keçib.
İdman.biz