Rusiyanın Ulan-Ude şəhərində (Buryatiya Respublikası) körpələr arasında maraqlı və əyləncəli – iməkləmək üzrə yarış təşkil olunub.
İdman.Biz Rusiya KİV-ə istinadən xəbər verir ki, tədbirdə bir yaşına qədər olan azyaşlılar iştirak ediblər.
Balacalar valideynlərinin dəstəyi ilə finişə çatmaq üçün bütün güclərini səfərbər ediblər. Yarış əsl bayram ab-havasında keçib və iştirakçılara çoxlu müsbət emosiyalar bəxş edib.
Təşkilatçılar qeyd ediblər ki, bu cür tədbirlərin məqsədi uşaqlarda idmana maraq oyatmaq və sağlam həyat tərzinin təməlini erkən yaşdan formalaşdırmaqdır.