III MDB Oyunları öncəsi Gəncədə sınaq turniri keçirilib

Xəbərlər
8 Sentyabr 2025 23:14
57
III MDB Oyunları öncəsi Gəncədə sınaq turniri keçirilib

III MDB Oyunlarına hazırlıq məqsədilə Gəncə İdman Sarayında güllə atıcılığı üzrə sınaq turniri keçirilib.

İdman.biz xəbər verir ki, tədbirin məqsədi təşkilati məsələlərin yoxlanılması, idmançıların hazırlıq səviyyəsinin qiymətləndirilməsi və texniki detalların işlənib hazırlanması olub.

Gənclər və İdman Nazirliyinin, III MDB Oyunlarının Təşkilat Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın ilk günündə pnevmatik tapança və tüfənglə 10 metrdən atəş açmaqda kişilər və qadınlar 4 dəst medal uğrunda mübarizə aparıblar.

Sınaq mərhələsində avadanlıqların istismara yararlılığı, hakimlik sisteminin işi və təhlükəsizlik tədbirlərinin təşkili də hərtərəfli yoxlanılıb. Xatırladaq ki, III MDB Oyunları çərçivəsində güllə atıcılığı üzrə yarışlar oktyabrın 2-7-də Gəncə İdman Sarayında keçiriləcək.

İdman.biz