Bu gün Qəbələdə III MDB Oyunları çərçivəsində stend atıcılığı üzrə yarışlar davam edib.
İdman.biz xəəbər verir ki, yarışların üçüncü günündə Azərbaycan idmançıları daha üç medal qazanıblar.
Kişilər arasında dairəvi stend yarışında Cavid Həsənov III MDB Oyunlarının gümüş medalını qazanıb. Qadınların yarışında isə Daniella Ulanova üçüncü yeri tutub. Səngər stendi üzrə qarışıq komanda yarışlarında Mürtəza Novruzlu ilə Nərmin Cəfərova dueti də bürünc mükafata sahib çıxıblar.
15:30
Azərbaycan atıcısı Daniyella Ulanova III MDB Oyunlarında üçüncü yeri tutub.
İdman.biz xəbər verir ki, o, stend atıcılığı ("skeet" növü) yarışlarında bürünc medal qazanıb.
İlk iki pilləni müvafiq olaraq rusiyalı idmançılar Elizaveta Evgrafova və Daria Lekomtseva tutub.
Qeyd edək ki, atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.