Sloveniyada azərbaycanlı idmançıların iştirak etdiyi beynəlxalq turnir start götürüb - FOTO

2 Aprel 2026 22:28
163
Sloveniyada azərbaycanlı idmançıların iştirak etdiyi beynəlxalq turnir start götürüb

Sloveniyada yelkənli qayıq idman növü üzrə “Sailing Point Easter Regatta 2026” beynəlxalq yarışa start verilib.

İdman.Biz bildirir ki, ilk gündə idmançılar dənizə çıxaraq 3 yarışı tamamlayıblar.

Gün ərzində hava şəraitinin nisbətən küləkli keçməsi iştirakçılar üçün maraqlı mübarizə şəraiti yaradıb.
Reqataya aprelin 6-da yekun vurulacaq.

Azərbaycanı turnirdə məşqçi Panagiotis Papadakis başçılığı altında Kamal Bəşirli, Furkan Mustafayev, Nurlan Ağazadə, Amin Cəlilzadə, Səma Mansurzadə, Amina Bayramova, Emel Məmmədli təmsil edirlər.

Komandanın rəhbəri Burcu Algon Giorgiannidir.

İdman.Biz