Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada Azərbaycan avarçəkənlərinin finaldakı rəqibləri müəyyənləşib.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, akademik avarçəkmə üzrə B finalında Murad Sadıxov - Lev Dobryantsev cütü Cənubi Afrika, Avstriya, Türkiyə, Niderland və Qazaxıstan idmançıları ilə eyni yarışda mübarizə aparacaq.
Avarçəkmə üzrə həlledici yarışlar sabah Duysburqda baş tutacaq.
İdman.biz