Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada avarçəkmə yarışları davam edir.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yarışlar Duysburqda təşkil olunub.
Akademik avarçəkmə yarışında Murad Sadıxov və Lev Dobryansev cütlüyü start götürüb. Onlar yarımfinal mübarizəsini başa vuraraq dördüncü oldular. Bu, avarçəkənlərimizə B finalına yüksəlmək imkanı verib.
İdman.biz