Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının idmançıları “Draqon” qayıqlarında beynəlxalq turnirdə iştirak ediblər.
İdman.biz xəbər ki, Türkiyənin Samsun şəhərində təşkil olunan “Samsun Draqon Festivalı”nda 11 oğlan idmançımız mübarizə aparıb.
Komandamız yarışları bir qızıl, bir gümüş medalla başa vurub.
İlk gündə 200 m məsafədə keçirilən yarışlarda Azərbaycan komandası bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ilk pilləsinə qalxıb.
Son yarış günündə də avarçəkənlərimizin çıxışı uğurlu alınıb. İdmançılarımız bu dəfə 1000 metr məsafə üzrə mübarizədə gümüş medala layiq görülüblər.
İdman.biz