Milli Olimpiya Komitəsi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində kayak və kanoe idman növləri üzrə çalışan məşqçi-müəllimlər üçün seminar təşkil olunub.
İdman.biz xəbər verir ki, seminar Beynəlxalq Kanoe Federasiyasının eksperti Aleksandar Petroviçin iştirakı ilə müasir tələblərə cavab verən məşq prosesinin təşkili, yeni beynəlxalq yarış qaydalarının öyrənilməsi, təlim-tədris işinin düzgün təşkili və məşq proqramlarının tərtibində yeni yanaşma mövzuları üzrə keçirilir.
Sonda imtahandan uğurla keçən məşqçilərə sertifikat təqdim ediləcək. Seminar noyabrın 17-də başa çatacaq.
İdman.biz