Rusiya avarçəkənləri Mingəçevirdə hazırlıq keçəcək

Xəbərlər
2 Noyabr 2023 18:49
276
Rusiya avarçəkənləri Mingəçevirdə hazırlıq keçəcək

Rusiya avarçəkmə yığması Azərbaycanda təlim-məşq toplanışı keçəcək.

İdman.biz xəbər verir ki, hazırlıq mərhələsi noyabrın 3-də Mingəçevirdə start götürəcək.

Bu barədə Rusiya Avarçəkmə İdmanı Federasiyasının prezidenti Aleksey Svirin məlumat verib. Qonşu ölkə komandasının heyətində 20-22 idmançı yer alacaq. Məqsəd gələn ilin yazında start götürəcək Avropa Olimpiya Təsnifat yarışlarına hazırlıq keçməkdir.

Qeyd edək ki, avarçəkmə yarışları təsnifat mərhələsi aprelin 25-28-də Macarıstanın Seqed və final mərhələsi isə noyabrın 19-21-də İsveçrənin Lütsern şəhərində baş tutacaq.

İdman.biz