“Mingəçevir Reqatası-2023”ə gələcək 6 ölkənin adı dəqiqləşib

Xəbərlər
12 Oktyabr 2023 14:01
232
“Mingəçevir Reqatası-2023”ə gələcək 6 ölkənin adı dəqiqləşib

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"dan iştirak edəcək ölkələrdən 6-sının adı bəlli olub.

Federasiyadan İdman.biz saytına verilən məlumata görə, oktyabrın 25-27-də 2-ci dəfə təşkil olunacaq yarışda Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Litva və Ukrayna milliləri mübarizə aparacaqlarını təsdiqləyiblər.

2005-2010-cu il təvəllüdlü idmançıların qatılacağı "Mingəçevir Reqatası"da Polşa yığmasının da iştirak edəcəyi gözlənilir. Azərbaycanın isə mübarizəyə 50-ə yaxın idmançı ilə qatılması planlaşdırılır.

Qeyd edək ki, 2022-ci ildə "Mingəçevir Reqatası" 21-23 oktyabrda baş tutub və birinci mərhələ Suqovuşanda keçirilib.

Emin Ağa

İdman.biz