Avarçəkənlərimiz “Paolo De Aloya” reqatasına yollanıb

Xəbərlər
20 Mart 2024 16:24
Avarçəkənlərimiz “Paolo De Aloya” reqatasına yollanıb

Martın 22-də İtaliyada ənənəvi “Paolo De Aloya” reqatası start götürəcək.

İdman.biz xəbər verir ki, 3 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan millisi də iştirak edəcək.

Yarışda Ziya Məmmədzadə, Bəhmən Nəsiri, Diana Dımçenko və Murad Sadıqov mübarizə aparacaq. Avarçəkənlər 1 nəfərlik qayıqda start xəttinə çıxacaqlar.

Komandamız bu gün İtaliyaya yollanıb.

Qeyd edək ki, Dımçenko ötən il “Paolo De Aloya” reqatasında qızıl medal qazanıb.

İdman.biz